YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Ölkəyə investisiya qoymaq istəyənlərin sayı gündən-günə artır

Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna çox böyük maraq var. İslam İnkişaf Bankı və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası Azərbaycanda bir sıra yeni layihələrdə iştirak edir, maliyyə dəstəyi göstərir. İnvestorların Azərbaycana marağı çoxdur. Ümid edirik ki, bu mövzuda keçirilən tədbirlər nəticəsində Azərbaycana maraq daha da artacaq, xarici investorlar Azərbaycana sərmayə qoymaqda daha da maraqlı olacaqlar.

Bunu iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, bu gün Bakıda keçirilən Beynəlxalq investisiya konfransında təkcə İslam ölkələrindən deyil, eyni zamanda, İtaliya və Almaniyadan qatılan investorlar da iştirak edir. Bu, onu göstərir ki, Azərbaycana maraq böyükdür, ölkəyə investisiya qoymaq istəyənlərin sayı gündən-günə artır.

“Hesab edirik ki, sahibkarlar öz layihələrinə tərəfdaş qismində xarici investorları cəlb etməlidirlər. Yerli sahibkarların qarşılaşdığı problemlərdən biri maliyyə çatışmazlığıdır. Bu baxımdan xarici tərəfdaşlar vasitəsilə uğurlu layihələrin həyata keçirilməsi ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir”, - deyə nazir diqqətə çatdırıb.