YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamran Nəbizadə: Dövlət başçısının fərmanı milli iqtisadiyyatımızın gələcək inkişaf istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynayır

«Prezident İlham Əliyevin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Fərmanı milli iqtisadiyyatımızın gələcək inkişaf istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynayır». Bu fikri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Kamran Nəbizadə deyib. 

K.Nəbizadə bildirib ki, Azərbaycan iqtisadiyyatının strateji yol xəritələri qeyri-neft sektorunun sürətli inkişafına təkan verəcək. Onun sözlərinə görə, hələ ilin əvvəlində dövlət başçısı Azərbaycan iqtisadiyyatının gələcək illərdə inkişafı proqramını açıqlamışdı. Orada xüsusilə vurğulanır ki, qeyri-neft sektoru prioritet xarakter daşıyır.

«Azərbaycanda kənd təsərrüfatı, turizm, tikinti, informasiya komunukasiya texnologiyaları və digər qeyri-neft sahələrində xeyli inkişaf əldə olunb. Biz bütün bunların nəticəsini 2017-ci ildə daha yaxşı görə biləcəyik. Ona görə də mən büdcə müzakirələri zamanı bildirdim ki, Azərbaycanın iqtisadi inkişafına optimist olaraq baxıram. Hesab edirəm ki, bütün bu addımların hər biri 2017-ci ildə öz nəticələrini verəcək. Digər istehsalla bağlı sahələrdə görülən işlər isə öz nəticələrini bir necə ildən sonra göstərəcək»- deyə, K.Nəbizadə vurğulayıb.