YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: Ölkə Prezidenti İlham Əliyevin iradəsi ilə aparılan iqtisadi islahatlar ölkədə yeni iqtisadi artım modelini formalaşdırmaqdadır

«Ölkə Prezidenti İlham Əliyevin iradəsi ilə aparılan iqtisadi islahatlar ölkədə yeni iqtisadi artım modelini formalaşdırmaqdadır». Bu fikri Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, indiyə qədərki büdcə siyasəti əsasən sıçrayışlı iqtisadi artıma xidmət edirdi. Yəni yüksək büdcə xərcləri xeyli sayda iş yerləri yaratmaqla məşğullluğun artmasının əsas mənbəyi idi. Sosial rifahı artırmaq və vergi bazasını genişləndirmək də büdcədən qaynaqlanırdı. Eyni zamanda demək olar ki, bütün bank kreditləşmələri də bu iqtisadi modelə xidmət edirdi. Bu modelə bəzən “resurs modeli” də deyirlər.Yəni dövlət xərclərinin artımı bank kreditlərininvə istehlakın artımına səbəb olurdu. Onun sözlərinə görə, büdcə xərclərinin əsas mənbəyi neft gəlirləri idi. Beləliklə neft gəlirləri milli iqtisadiyyatda böyük həcmdə daxili tələbi, o cümlədən istehlak və investisiya tələbini formalaşdırırdı.Hesab etmək olar ki, indiyəqədərki iqtisadi artım modeli daxili tələbin, xüsusən də istehlak tələbinin üzərində qurulumuşdu. Hazırda isə obyektiv səbəblərdən neft gəlirləri artıq əvvəki miqyasda daxili tələbi maliyyələşdirə bilmir, nəticə etibarilə daxili tələbin də iqtisadi artıma töhvəsi əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Buna uyğun olaraq iqtisadi artım tempi də aşağı düşmüşdür.

«Burdan belə bir sual yaranır. Hazırda büdcə xərclərinin artırılması və əlavə iri layihələrin maliyyələşdirilməsi iqtisadi artıma gətirib çıxarda bilərmi? Təcrübə göstərir ki, belə addımlar daha çox əvvəlki modelin ömrünün bir az uzanmasına gətirib çıxara bilir. Nəzərə almaq lazımdır ki, artıq belə xərclərin maliyyələşməsinin mənbəyi ehtiyat fondlarda toplanmış vəsaitlərdir. Təbii olaraq bu addım ehtiyat fondlardakı vəsait bitənə qədər qısa müddətli istehsal və istehlakın canlamasına gətirib çıxarda bilər. Digər tərəfdən, beynəlxalq təcrübənin təhlili göstərir ki, infrastruktur layihələrinin iqtisadi artıma müsbət təsiri əsasən o layihələrin həyata keçirilməsi müddətində baş verir. Ümumiyyətlə demek olar ki, iri layihələrin həyata keçirilməsi “resurs modeli”nin ömrünü yalnız bir qədər uzada bilər. Bu məqsədlə tamamilə doğru olaraq 2017-ci il  büdcə xərclərində dövlət investisiya xərcləri xeyli azaldılmışdır. Bu da iqtisadi blok əməkdaşlarının peşəkarlığının bir göstəricisidir.

Burdan o nəticəyə gəlmək olar ki, büdcə gəlirlərinin və iqtisadi artımın alternativ mənbələri tapılmalıdır. Azərbaycan kiçik ölkədir.Əhalisi də 10 mln nəfərdir. Bu o demək ki, 10 mln insanın tələbi üzərində böyük iqtisadiyyat qurmaq mümkün deyil. Dünya təcrübəsi göstərir ki, bu vəziyyətdə iqtisadi artım və ÜDM in artmasının ən etibarlı  mənbəyi yalnız və yalnız ixrac yönümlü , o cümlədən birbaşa xarici investisiyalara əsaslananözəl investiyaslı iqtisadiyyatın yaradılmasıdır.. Məhz belə bir iqtisadiyyatın qurulması  dayanıqlı iqtisadi artıma və dayanıqlı məşğulluğa, dayanıqlı büdcəyə və makroiqtisadi sabitliyə səbəb olacaq. Bu modelin isə quruluşu və hədəfləri artıq ölkə Prezidenti tərəfindən imzalanan fərmanlarla, o cümkıdən dünənki fərmanla tam müəyyən olunub.

Qeyd etmək lazımdır ki, hazırkı modeldə bank kreditləri əsasən istehlakın və idxalın maiyyələşməsini təmin etmişdir. İqtisadi model dəyişdiyindən bank kreditləşməsini artıra biləcək yeni mənbələrə ehtiyac var. Bu yeni mənbələr də ixrac yönümlü qeyri-neft sənayesi və kənd təsərrüfatı, habelə valyuta gətirən xidmət sahələri olacaq»- deyə, T.Mirkişili vurğulayıb.