YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Peru Konqresində Azərbaycan ilə dostluq qrupu yaradılıb

Peru Konqresində Peru-Azərbaycan dostluq qrupu yaradılıb.

Azərbaycanın Perudakı diplomatik nümayəndəliyinin mətbuat xidmətindən bildiriblər ki, Konqresin xarici əlaqələr komitəsinin sədri Xuan Karlos del Aqila Kardenasın təşəbbüsü ilə Peru və Azərbaycan arasında 13 konqresmendən ibarət yeni dostluq qrupu yaradılıb. Bu münasibətlə Peru Konqresinin binasında mərasim təşkil edilib.

Mərasimdə bir sıra konqresmenlər, o cümlədən yeni dostluq qrupunun üzvləri, Peru Xarici İşlər Nazirliyinin rəsmi şəxsləri və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən konqresmenlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub və bu problemin tezliklə sülh və diplomatik yolla həll ediləcəyinə, qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına geri dönəcəklərinə ümidvar olduqlarını bildiriblər.

Azərbaycanın Perudakı diplomatik nümayəndəliyinin müvəqqəti işlər vəkili Mehdi Məmmədov çıxış edərək yeni dostluq qrupunun yaradılmasına görə minnətdarlığını bildirib. O, Ermənistan-Azərbaycan münaqişəsi və onun nəticələri haqqında ətraflı məlumat verib, Xocalı soyqırımından bəhs edib.

Tədbirdə Peru və Azərbaycan arasında siyasi əlaqələrin möhkəmləndirilməsi, təhsil, mədəniyyət, iqtisadi, daxili və xarici siyasət sahəsində qarşılıqlı əməkdaşlıq perspektivləri, həmçinin parlamentlərarası münasibətlərin inkişafı və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib.

Qeyd edək ki, Peru Konqresində 2013-cü il 10 iyun tarixində Xocalı soyqırımını və Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınayan qətnamə qəbul edilib. Qətnamədə Ermənistanın Azərbaycana qarşı işğalçı və təcavüzkar siyasəti pislənib, Xocalıda baş verən hadisələr soyqırımı kimi qiymətləndirilib.