YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Azərbaycan hökuməti xalqın sosial müdafiəsini öz siyasətində prioritet istiqamət kimi nəzərdə tutub

«Qeyri-neft sektorunun inkişafı üçün kənd təsərrüfatının, İKT-nin, turizmin və yüngün sənayenin inkişafına ciddi  fikir verilməlidir». Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, ölkə başçısının iqtisadiyyatla bağlı strateji yol xəritəsinin təsdiq olunması haqqında Fərmanı da bu məqsədlərə xidmət edir. Onun sözlərinə görə, gələn ilin büdcəsində sosial xərclər ümumi büdcənin 40.3 faizini təşkil edir və bu rəqəm faiz nisbəti ilə ötən ilin büdcəsindən yüksəkdir.

«Bu da onu  göstərir ki, cənab Prezident və Azərbaycan hökuməti xalqın sosial müdafiəsini  öz siyasətində prioritet istiqamət kimi nəzərdə tutub.  Gələn ilin büdcsində sosial xətrclərin artırılması Azərbaycan vətəndaşının sosial rifah halının artırılmasını təmin edəcək»- deyə, M.Quliyev vurğulayıb.