YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Regionların inkişafı sahəsində görülən işlər öz bəhrəsini verir

«İqtisadiyyatın bütün sahələrində olduğu kimi, qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olan regionların inkişafı sahəsində görülən işlər də artıq  öz bəhrəsini verir». Bu fikri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, ölkəmizdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının bu istiqamətdə apardıqları işlər və göstərdikləri səylər    nəticəsində bütün şəhərlər və 25 rayon  gələn il öz xərclərini özlərinin gəliri hesabına ödəyəcəklər.  Bu isə o deməkdir ki, həmin şəhər və rayonlar dövlət büdcəsindən dotasiya almayacaqlar. Bu tədbir onları daha yaxşı işləməyə, yeni istehsal sahələrinin və iş yerlərinin yaradılmasına sövq edəcək.  

«Məlumdur ki, qeyri-neft sektorunun prioritet istiqaməti olan aqrar bölmə bütün dünya ölkələrində olduğu kimi respublikamızda da dövlət dəstəyi olmadan inkişaf edə bilməz. Ona görə də bu sahə hörmətli Prezidentimizin diqqət və qayğısı ilə  daim əhatə olunur. Məhz bunun nəticəsidir ki, ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsinin bazasını təşkil edən aqrar bölmədə məhsul istehsalının artımı, məhsuldarlığın yüksəlməsi, intensivləşmənin genişlənməsi, yeni texnika və texnologiyaların tətbiqi, müasir tələblərə cavab verən emal müəssisələrinin, aqroparkların və digər obyektlərin yaradılmasında əhəmiyyətli işlər görülmüşdür»- deyə, komitə sədri vurğulayıb.