Xəbərlər
Türkiyənin xarici işlər naziri Azərbaycana işgüzar səfərə gəlir

Dekabrın 2-3-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanda işgüzar səfərdə olacaq.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Mövlud Çavuşoğlu dekabrın 3-də azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşəcək.
Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.