YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP İcra katibinin müavini: Dinc insanların, xüsusilə uşaqların öldürülməsi beynəlxalq ictimaiyyəti ciddi narahat etməlidir

«Hazırda dünyada ziddiyyətli hadisələr baş verir. Yaxın Şərqdə, Avropada, regionumuzun ayrı-ayrı ölkələrində ciddi münaqişələr dinc insanlar üçün fəlakət gətirir». Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, münaqişələr etnik-dini problemlər, ərazi mübahisəsi və təbii sərvətlər uğrunda mübarizə zəminində baş verir. Onun sözlərinə görə, böyük dövlətlərin apardığı bu mübarizədən həmin ölkələrin xalqları əziyyət çəkir.

«Elə bölgələr var ki, orada xeyli sayda dinc sakinlər, xüsusilə uşaqlar qətlə yetirilirlər. Eləcə də, həmin münaqişələrin olduğu bölgələrdə peşə fəaliyyətini yerinə yetirən jurnalistlər də öldürülür. Azərbaycan bu acı təcrübəni yaşayıb. Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi zəminində dinc insanlarımızın öldürülməsinin şahidi olmuşuq. Ona görə də, indi dünyanın qaynar nöqtələrində baş verən hadisələrdə dinc insanların ölümünün acılarını yaxşı anlayırıq. Hesab edirik ki, dinc insanların, xüsusilə uşaqların  öldürülməsi beynəlxalq ictimaiyyəti ciddi narahat etməlidir»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.

     

DİGƏR Xəbərlər Arxiv