YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycan-Pakistan biznes forumu keçiriləcək

Pakistan iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində dekabrın 6-da Bakıda Azərbaycan-Pakistan biznes forumu keçiriləcək. Tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutacaq.

AZPROMO-dan bildiriblər ki, biznes forumda qida sənayesi, tekstil, tikinti, quşçuluq, əczaçılıq, idman malları, cərrahi alətlər, mədən sənayesi, polad istehsalı, kosmetika, geyim, kimyəvi məhsullar, logistika, müxtəlif aksesuarlar, qiymətli daşların istehsalı və digər sahələrdə fəaliyyət göstərən Pakistan şirkətlərinin iştirakı gözlənilir.

 

DİGƏR Xəbərlər Arxiv