YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad Rəhimov: Azərbaycan dünyanın ən mötəbər idman yarışlarına uğurla ev sahibliyi edir

Bu gün Bakıda "Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.

Gənclər və idman naziri Azad Rəhimov çıxışında bildirib ki, tədbirdə 89 ölkənin 200-dən çox nümayəndəsi iştirak edir. /Trend/

Nazir bildirib ki, idmanın inkişafı Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycanın dünyanın ən mötəbər idman yarışlarına uğurla ev sahibliyi etdiyini deyən nazir A.Rəhimov qeyd edib ki, ölkəmiz "Bakı-2015" I Avropa Oyunlarını yüksək səviyyədə təşkil edib:

"Oyunlarda 350-dən çox idmançının qatıldığı kayak və kanoe yarışları böyük marağa səbəb oldu. Bundan başqa, Formula 1 üzrə Avropa Qran-Prisi bütün dünyanın diqqətini Azərbaycana yönəltdi. Gələn il Azərbaycan IV İslam Həmrəyliyi Ounlarına ev sahibliyi edəcək. Bütün bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir. Oyunlar zamanı kayak və kanoe yarışlarının keçirildiyi Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzini xüsusi qeyd etmək istərdim. Bu idman qurğusunun ölkəmizdə avarçəkmənin inkişafında böyük rolu var. İdmançılarımız 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında həm kişilər, həm də qadınlar arasında kanoe və kayak yarışlarında uğurlu nəticələr göstəriblər. Onların gümüş və bürünc medal qazanmalarını fəxrlə qeyd edirəm".

Tədbirdə çıxış eddən İCF prezidenti Xose Perurena Lopez ötən müddətdə görülmüş işlərdən, yeni kanoe növlərinin Yay Olimpiya Oyunlarının proqramına salınma perspektivindən danışıb. İspaniyalı funksioner bu sırada sakit sularda kanoenin də 2024-cü il olimpiadasının proqramında yer almasının mümkünlüyünü vurğulayıb.