YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidentinin iftar süfrəsində iştirakı İran saytlarında işıqlandırılıb

Tehranın İRİB radiosunun internet versiyasında və tabnak.ir xəbər saytında Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə tərəfindən təşkil olunmuş iftar süfrəsində iştirakı və söylədiyi nitq barəsində xəbər yerləşdirilib.

Xəbərdə bildirilir ki, Azərbaycan Prezidentinin hər il Qafqaz Müsəlmanlar İdarəsinin açdığı iftar süfrəsində iştirakı ənənə halını alıb.

Materialda Prezidentin “Hesab edirəm ki, dinlərarası münasibətlərin sağlam zəmində təmin edilməsi üçün Azərbaycan təcrübəsi öyrənilməlidir və əminəm, öyrəniləcəkdir. Çünki bu, doğurdan da nadir bir təcrübədir” fikri xüsusilə qeyd edilib.

Xəbərlərdə Azərbaycan Prezidenti İlham Əliyevin şeyxülislam Allahşükür Paşazadənin fəaliyyətini yüksək qiymətləndirməsi də yer alıb.