Xəbərlər
Prezident İlham Əliyev Belçikanın Kralı Əlahəzrət Filippə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belçikanın Kralı Əlahəzrət Filippə, bu ölkənin milli bayramı münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Belçika Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Belçika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.