YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Regional güc mərkəzi olan Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir

«Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər, ilk növbədə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin qanunauyğun nəticəsidir». bu fikri Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki,  bütün sahələrdə ardıcıl inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Onun sözlərinə görə, regional güc mərkəzi olan Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, ölkəmiz beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir.

«Şübhəsiz, bunun əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır. Daha dəqiq desək, məhz bu gün Azərbaycanın beynəlxalq münasibətlər sisteminin müstəqil, Cənubi Qafqaz regionunun isə ən güclü aktoruna çevrilməsinin əsasında Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu praqmatik siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Eyni zamanda, Azərbaycan Respublikası beynəlxalq miqyasda milli iqtisadi inkişaf modelinə malik olan, dinamik inkişaf edən, həmçinin demokratik siyasi sistemə sahib olan dövlət kimi tanınır. Müstəqillik dövründə ölkəmizin iqtisadiyyatın tərəqqisi, demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində qazandığı uğurlar bu baxımdan müstəsna əhəmiyyət kəsb edir. Bu uğurların əsasında isə iqtisadi və siyasi islahatların paralel aparılması, bütövlükdə, həyata keçirilən rasional strateji kurs dayanır. Məhz müstəqillik prinsipinə əsaslanan daxili və xarici siyasət kursu milli maraqların qorunmasına xidmət edir»- deyə, S.Qafarova vurğulayıb.