YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın müasir tarixinin ən möhtəşəm hadisələrindən biridir

«Azərbaycanın yeni tarixində mühüm siyasi əhəmiyyətə malik olan hadisələr arasında Yeni Azərbaycan Partiyasının yaradılması xüsusi yer tutur. Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın müasir tarixinin ən möhtəşəm hadisələrindən biridir». Bu fikirləri Azərbaycan Respublikasının Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, 24 il öncə Yeni Azərbaycan Partiyasının yaradılması müasir tariximizdə Azərbaycan xalqının taleyini dəyişən əzəmətli hadisələrdən biridir. YAP-ın yaranmasını iki fundamental amillə əlaqələndirən Əli Əhmədov qeyd edib ki, bunlardan birincisi xalq, ikincisi isə şəxsiyyət amilidir: «O dövrün mənzərəsini təhlil etsək əminliklə deyə bilərik ki, YAP xalqın istəyi ilə yarandı. 1990-cı illərin ağır, çətin anları xalqımızı belə bir partiya yaratmağa sövq etdi. YAP Azərbaycanda yeganə siyasi təşkilatdır ki, xalqın istəyi ilə yaranıb. Partiyanın yaranmasında ikinci amil isə şəxsiyyət amilidir. Azərbaycan xalqı məhz Ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycanın çətinliklərdən, məhv olmaq təhlükəsindən xilas olunmasını görürdü. Və buna görə də, Heydər Əliyevin rəhbərliyi ilə belə bir partiyanın yaradılmasını dəstəklədi. Hər iki amil YAP-ın yaranmasının və bu gün möhtəşəm siyasi təşkilata çevrilməsini təmin edib”. 
YAP-ın Azərbaycan tarixində böyük rol oynadığını deyən Əli Əhmədovun sözlərinə görə, bu partiya ölkəmizin siyasi palitrasına yeni baxışlar gətirib: “YAP yeni siyasi fəlsəfəyə, yeni baxışlara əsasən yaranaraq siyasi meydana qədəm qoyub, tez bir zamanda böyük və nüfuzlu siyasi təşkilata çevrilib. Partiyaya Heydər Əliyev kimi görkəmli şəxsiyyətin rəhbərlik etməsi cəmiyyətin bütün təbəqələrinin bu siyasi təşkilatın ətrafında birləşməsinə səbəb oldu”.
YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycan vətəndaşlarını 24 il əvvəl narahat edən problemlər bu gün öz yerini davamlı inkişafa və tərəqqiyə verib. Onun sözlərinə görə, ötən dövr ərzində YAP üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. YAP-ın uğurlar partiyası olduğunu deyən Əli Əhmədov bildirib ki, bu, təkcə partiyamızın deyil, müasir Azərbaycanın taleyidir. Çünki partiyamız müasir, müstəqil dövlətimizlə eyni addımlayır.

“Ölkəmizin bugünkü inkişafına gəlib çatmasının başlıca amili ondan ibarətdir ki, ötən illər ərzində Azərbaycanda məhz Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi yol uğurla davam etdirilib. Partiyamızın yüz minlərlə üzvü həmişə olduğu kimi bundan sonra da müstəqil dövlətimizin inkişafı naminə böyük fədakarlıqlar göstərəcək”. – deyə, YAP Sədrinin müavini vurğulayıb.