YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Brüsseldə ermənilərin daha bir uğursuzluğu

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təbliği məqsədilə Brüsselin məşhur “Palais des Beaux Arts” sarayında keçirilməsi nəzərdə tutulan konsert proqramının da ləğv edilməsi təmin olunub. Məlumat verdiyimiz kimi, bu tədbirlər məqsədilə Brüsselə səfər etməyi planlaşdıran qondarma rejimin “rəhbəri” kimi özünü təqdim edən Bako Saakyanın səfərinin də ləğv edilməsinə nail olunub.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlamasında bildirilir.

Açıqlamada deyilir: “İndi Ermənistanın dövlət təbliğat maşını müxtəlif yalan və bəhanələrlə bu uğursuzluğa bəraət qazandırmağa çalışır.

Qondarma rejimin Brüsseldə təbliği ilə əlaqədar nəzərdə tutulan təxribatçı tədbirlərin qarşısının alınmasında Azərbaycan Respublikasının Milli Məclisinin rolu xüsusi olaraq qeyd edilməlidir.

Milli Məclis tərəfindən bu istiqamətdə zəruri qabaqlayıcı addımlar atılıb, Belçikanın qanunverici orqanı, Avropa Parlamenti və digər aidiyyəti tərəflərlə davamlı iş aparılıb”.

 

DİGƏR Xəbərlər Arxiv