YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Taleh Ziyadov: "Made in Azerbaijan" brendinə Azad Ticarət Zonasının böyük töhfəsi olacaq

"Made in Azerbaijan" brendinə Ələt qəsəbəsində yaradılan Azad Ticarət Zonası tipli iqtisadi zonanın böyük töhfəsi olacaq.

Bu sözləri "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov AZƏRTAC-ın sualını cavablandıraraq deyib.

O bildirib ki, Azərbaycan xam məhsulu ixrac edir. Biz istəyirik ki, bu xam məhsullar Azad Ticarət Zonasında bəlli proseslərə uyğun olaraq paketləndirilib "Made in Azerbaijan" brendi adı ilə xarici ölkələrə çıxış etsin.