YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Arif Rəhimzadə: Gənclərin partiyamıza axını çox sevindiricidir

«Yeni Azərbaycan Partiyası ötən 24 il ərzində uğurla fəaliyyət göstərib. Artıq partiyamızın üzvlərinin sayı 700 min nəfərə yaxınlaşıb. Bu mənada gənclərin partiyamıza axını çox sevindiricidir». Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

A.Rəhimzadə bildirib ki, hər bir cəmiyyətin, dövlətin, eləcə də siyasi partiyanın gələcəyi möhkəm təməllər üzərində qurulmasından çox asılıdır. Təbii ki, burada yüksək intellektli gəncliyin imkanlarından istifadə olunması da vacib şərtdir.

 «Bilirsiniz ki, hazırda YAP sıralarında gənclərin təmsilçiyi 40 faizdən çoxdur. Əlbəttə ki, bizim gələcəyimiz də bu yeni nəsil ilə əlaqədardır. Yaşlı nəsillə gənc nəsil arasında rabitə olmasa, partiyanın gələcəyi müəmmalı olardı. Amma partiyamızda bütün bu işlər dəqiqliklə nəzərə alınır və düzgün qurulub. Bu baxımdan, partiyamızın fəaliyyəti  təqdirəlayiqdir. YAP gəncliyin inkişafına xüsüsi diqqət yetirir və onların bilik və bacarıqlarını ifadə etmək üçün hər cür şərait yaradır. Məhz bu səbəbdəndir ki, Azərbaycanın gəncliyi öz siyasi taleyini partiyamızla bağlayaraq sıralarımıza qoşulurlar. Ümumiyyətlə, YAP-ın 24 illik fəaliyyətinə nəzər saldıqda, bu partiyanın yenilikçi və avanqard siyasi təşkilat olduğunu əminliklə söyləmək olar. Partiyamızın Sədri, Prezident İlham Əliyevin qeyd etdiyi kimi Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir. Əminik ki, paritiyamız ölkəmizin avanqard, yenilikçi siyasi qüvvəsi olaraq bu mövqeyini qoruyacaq və daha da gücləndirəcək»- deyə, A.Rəhimzadə vurğulayıb.