YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Nərimanov rayon təşkilatında partiyanın yaranmasının 24-cü ildönümü qeyd edilib

Nərimanov rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü qeyd edilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin rayon təşkilatının qərargahındakı büstünün önünə gül dəstələri düzüb, Ümummilli liderin xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev ilk olaraq tədbir iştirakçılarını YAP-ın yaradılmasının 24 illiyi və 17 noyabr Milli Dirçəliş günü münasibətilə təbrik edib. 
T.Tağıyev bildirib ki, YAP-ın qurucusu, Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışmaq mümkün olmazdı.

Çıxış edənlərdən Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov, “91-lər hərəkatı”nın üzvü, professor Əlişir Musayev, 82 saylı orta məktəbin direktoru Vaqif Mehdiyev, Gənclər və İdman Nazirliyinin məsul işçisi Əli Məmmədov, YAP Nərimanov rayon təşkilatının əməkdaşı, gənc fəal Nərminə Yunusova və Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu tədbir iştirakçılarını YAP-ın yaranmasının 24 illiyi və 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə təbrik edib. Qeyd olunub ki, hər iki hadisənin tariximizdə mühüm yer tutduğunu bildirib. YAP siyasi təşkilat kimi, əslində, Azərbaycan xalqının sosial sifarişindən meydana çıxan bir partiyadır. YAP fəaliyyət göstərdiyi bütün dövrlərdə opponentləri, yəni müxalifət partiyaları və vətəndaş cəmiyyətinin digər subyektləri ilə münasibətlərini qarşılıqlı dialoq və sivil üsullarla qurmağa çalışdı. Azərbaycan cəmiyyətinə yeni dəyərləri gətirməklə, YAP özü də bir dəyərə çevrildi. Bu gün YAP Azərbaycan cəmiyyətində bir siyasi dəyərdir.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü münasibəti ilə bir qrup partiya fəalına Fəxri fərmanlar, həmçinin YAP sıralarına yeni qoşulmuş şəxslərə üzvlük vəsiqələri verilib.
 

 

 

DİGƏR Partiya xəbərləri Arxiv