YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AIP agentliyinin baş direktoru: Bakı Konqresində müzakirə olunan mövzular hamımız üçün faydalıdır

Birinci dəfədir ki, Dünya Xəbər Agentliklərinin Konqresinə dəvət olunuram. Bakı Konqresində müzakirə olunan mövzular hamımız üçün faydalıdır. Bu müzakirələr bizim agentliyin inkişafında da mühüm rol oynaya bilər.

Bu sözləri Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresində iştirak edən Fil Dişi Sahilinin AIP agentliyinin baş direktoru xanım Valentin Klodin Sana Ne Bari AZƏRTAC-a müsahibəsində deyib.

“Konqresdə müzakirə edilən mövzular bizə çox şey öyrədəcək. Burada agentliklərlə yanaşı, sosial şəbəkələr vasitəsilə yayılan xəbərlərlə bağlı məlumatlar da bizim üçün əhəmiyyətlidir”, - deyə AIP agentliyinin baş direktoru bildirib.

Hazırda medianın qarşısında yeni çağırışların mövcud olduğunu söyləyən Valentin Klodin Sana Ne Bari xəbərin hazırlanması və yayılmasında innovasiyalardan istifadənin vacibliyini qeyd edib.