YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevda Abramov: Tolerantlıq Azərbaycanı dünyada tanıdan əsas dəyərlərdəndir

«Tolerantlıq və multikulturalizm Azərbaycanı dünyada tanıdan əsas dəyərlərdəndir». Bu fikri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib.

Y.Abramov bildirib ki, son illər ölkəmizdə multikulturalizmə həsr olunan mötəbər beynəlxalq tədbirlər keçirilir. Onun fikrincə, bu fakt multikulturalizmin Azərbaycanda həyat tərzi və dövlət siyasəti olduğunun bariz nümunəsidir.

«Əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində məscidlər, kilsələr və sinaqoqlar tikilir və bərpa edilir. Azərbaycanda müxtəlif mədəniyyətlərə dövlət tərəfindən göstərilən qayğı digər dövlətlərə əsl nümunədir. Dünyada sülh və sabitlik qitəsi kimi tanınan Avropa son illər artıq multikulturalizmdən imtina edir»- deyə, Y.Abramov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv