YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laure Sleiman Saab: Bakı Konqresində təcrübə mübadiləsi üçün yaxşı imkan yaradılıb

İlk növbədə dəvətə görə AZƏRTAC-a minnətdarlığımı bildirmək istəyirəm. Burada təcrübə mübadiləsi, mövcud problemlərin həllinin müzakirəsi üçün yaxşı imkan yaradılıb.

Bu fikirləri Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçısı Livanın Milli Xəbər Agentliyinin (NNA) direktoru Laure Sleiman Saab AZƏRTAC-a müsahibəsində səsləndirib.

“Bu konqres dünya xəbər agentliklərinin görüşü üçün çox yaxşı platformadır. Biz media nümayəndələri olaraq ekstremist fikirlərlə və terrorla mübarizə aparmalıyıq. Dünyanın müxtəlif problemlərlə üzləşdiyi bir dövrdə belə tədbirin keçirilməsi təqdirəlayiq haldır”, – deyə Laure Sleiman Saab vurğulayıb.

Azərbaycana ilk dəfə səfər etdiyini bildirən konqres iştirakçısı, Bakının bu cür gözəl olduğunu təsəvvürünə gətirmədiyini deyib: “Bakı qədim olduğu qədər də çox müasir bir şəhərdir. Mən Bakıya bir daha gəlmək haqqında düşünürəm və bunu yoldaşlarıma da tövsiyə edəcəyəm”.