YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Azərbaycan hazırda yeni iqtisadi islahatlar mərhələsini uğurla keçir

«Dünyadakı böhranlar fonunda dayanıqlı inkişafını təmin edən Azərbaycan hazırda Prezident İlham Əliyevin bu ilin əvvəllərində elan etdiyi iqtisadi islahatlar mərhələsini uğurla keçir». Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, dövlət başçısının neftdən asılılığı azaltmaq, ixracı stimullaşdırmaq, idxaldan asılılığı zəiflətmək və ümumilikdə qeyri-neft iqtisadiyyatının inkişafına xidmət edən sərəncam və fərmanları bu sahədə əsaslı dönüş yaradıb. Onun sözlərinə görə, Azərbaycanın yeni iqtisadi siyasətinin mühüm qolu – innovativ inkişafa qədəm qoyulmasıdır.

«Bu isə yerli və dünya bazarında rəqabətqabiliyyətliliyin, istehsalın səmərəliyinin artırılması üçün yeni texnologiyaların yaradılması və qabaqcıl texnologiyaların cəlb edilməsi, elmtutumlu sahənin genişlənməsi deməkdir. Davos Dünya İqtisadi Forumunun son hesabatına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünyada 37-ci yerdədir, dövlət başçımızın sözləri ilə desək, “bu, MDB-də birinci yer və beynəlxalq arenada yetərincə ciddi yerdir”. Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan üzrə proqnozları yaxşılaşdırıb. Dünya Bankı 190 ölkənin biznes mühitini qiymətləndirən “Doing Business 2017” hesabatında Azərbaycanı dünyanın üç və daha çox islahatlar aparan 29 ölkəsinin biri kimi qəbul edib, ölkəmizi “biznes başlama” göstəricisi üzrə beşinci, “kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 32-ci pillədə yerləşdirib. Bir sözlə, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan özünü təmin edən, öz ehtiyatlarına arxalanan və davamlı inkişafı bərqərar edən ölkədir»- deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv