YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İbrahim Yıldırım: Birinci Türkoloji Qurultay tükdilli xalqların həyatında mühüm tarixi hadisədir

Birinci Türkoloji Qurultay türk xalqlarının elmi-mədəni həyatında mühüm tarixi hadisə kimi böyük rol oynayıb.

Bu sözləri Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, 90 il bundan əvvəl keçirilmiş qurultayın yubileyinə həsr olunan bugünkü konfrans mühüm əhəmiyyət kəsb edir. Burada türk dünyasının tanınmış şəxsiyyətləri, elm adamları türkologiyanın müxtəlif problemlərini, ortaq türk xalqlarının dilini, tarixini və ədəbiyyatını, əlifbasını, həmçinin ortaq tük qrammatikasının və terminologiyasının hazırlanmasını və digər vacib məsələləri müzakirə edəcəklər.

İ.Yıldırım bu tədbir zamanı qəbul edilən qərarların növbəti 90 ildə türkologiyanın “yol xəritəsi”ni hazırlamaq üçün vəsilə olacağına inandığını bildirib.