YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Horadiz şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Horadiz şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Füzuli rayonunun 22 yaşayış məntəqəsi 1994-cü ilin yanvar ayında erməni işğalından azad edildikdən sonra Horadiz şəhəri də daxil olmaqla bütün ərazilərdə müxtəlif Dövlət Proqramları çərçivəsində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılıb, 5037 ailə üçün 17 yeni qəsəbə salınıb, 14 ümumtəhsil məktəbi, 15 məktəbəqədər təhsil müəssisəsi, 2 xəstəxana, 12 tibb məntəqəsi, əlli altı min nəfər əhalinin yaşadığı 32 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 73 kilometr olan kəndlərarası avtomobil yolları tikilib, qaz, elektrik, içməli su xətləri çəkilib, digər mühüm infrastruktur layihələri yerinə yetirilib, əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə iri kənd təsərrüfatı və sənaye müəssisələri yaradılıb, 5 mindən çox yeni iş yeri açılıb.

Rayon mərkəzi olan Horadiz şəhərində Olimpiya İdman Kompleksi, Tibb Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Muğam Mərkəzi, Gənclər Mərkəzi, Rəsm Qalereyası və digər sosialyönümlü obyektlər inşa edilib, Mədəniyyət Mərkəzi və Şahmat Məktəbi yenidən qurulub, Xalça toxuculuq müəssisəsi istifadəyə verilib.

Horadizdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 27 çoxmənzilli binanın əsaslı təmiri məqsədilə imzalanan Sərəncama əsasən şəhərdə çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Füzuli Rayon İcra Hakimiyyətinə üç milyon manat ayrılıb.