YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

XİN: Aİ tərəfindən Azərbaycan ilə hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanması üçün mandatın verilməsini alqışlayırıq

Avropa İttifaqı Şurası tərəfindən Azərbaycan Respublikası ilə hərtərəfli razılaşmanın hazırlanması üzrə danışıqların aparılması üçün Avropa Komissiyasına və xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə Federiko Moqeriniyə mandat verilib. Avropa İttifaqı tərəfindən Azərbaycan Respublikası ilə hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanması və bu istiqamətdə danışıqların aparılması üçün mandatın verilməsini alqışlayır və təqdir edirik.

Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında bildirib.

H.Hacıyev qeyd edib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 2015-ci il mayın 22-də Şərq Tərəfdaşlığı üzrə 4-cü Riqa Zirvə toplantısında iştirakı çərçivəsində Avropa İttifaqının Avropa qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Yohannes Han ilə görüşüb, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair saziş layihəsini ona təqdim edib və Azərbaycanın bu müstəvidə Avropa İttifaqı ilə əlaqələri inkişaf etdirmək niyyətində olduğunu vurğulayıb.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, yeni sazişin imzalanması Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji müstəvidə keyfiyyətcə yeni səviyyəyə qalxmasına və əlaqələrin hərtərəfli inkişafına əsaslı hüquqi çərçivə yaradacaq və töhfə verəcək.

 

DİGƏR Xəbərlər Arxiv