YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İrimiqyaslı təlimlərdə Hərbi Dəniz Qüvvələrinin gəmi və katerləri də iştirak edir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, keçirilən irimiqyaslı təlimlərə Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmi və katerləri cəlb olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimlərdə iştirak edən gəmilərin və şəxsi heyətin ümumi hazırlığı, Xəzər dənizinin Azərbaycana mənsub hissəsində əməliyyat şəraiti və HDQ-nin idarə olunması yoxlanılıb.

İlkin mərhələdə HDQ-nin döyüşə tam hazır vəziyyətə gətirilməsi, gəmi qruplarının, hissə və bölmələrin cəmləşmə rayonlarına çıxışı, komplektləşdirmə və döyüş uzlaşması tədbirləri müvəffəqiyyətlə yerinə yetirilib.

Təlimlərin gəmi və katerlərinin cəlb olunması ilə keçirilən mərhələsinin məqsədi Xəzər dənizinin əməliyyat zonasında enerji infrastrukturunun mühafizəsi, terror-diversiya qrupu tərəfindən ələ keçirilmiş gəminin, helikopterdən endirilmiş xüsusi təyinatlılar tərəfindən azad edilməsi və tapşırıqların yerinə yetirilməsi zamanı digər qoşun növləri ilə uzlaşdırılmış birgə fəaliyyətlərin icrasından ibarətdir.

 

DİGƏR Xəbərlər Arxiv