YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rafael Hüseynov: “Kinematoqrafiya haqqında” yeni qanun layihəsi milli kinematoqrafiya irsinin qorunması baxımından böyük önəm kəsb edir

“Kinematoqrafiya haqqında” yeni qanun layihəsi milli kinematoqrafiya irsinin qorunması baxımından böyük önəm kəsb edir. Bu fikri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib.

R.Hüseynov bildirib ki, kino ilə bağlı hazırda qüvvədə olan qanun 1998-ci ildə qəbul olunsa da, o vaxtdan indiyə qədər Azərbaycan xeyli inkişaf yolu keçib və kino haqqında yeni qanuna ehtiyac var. Onun sözlərinə görə,  12 fəsil, 40 maddədən ibarət yeni qanun filmlərin istehsalı və yayımlanması, milli kinematoqrafiyanın təbliği və qorunması sahəsində yaranan münasibətləri tənzimləyir.

«Sənədə əsasən kinematoqrafiya sahəsində film komissiyaları da yaradılacaq. Film komissiyası Azərbaycanda audiovizual əsərlərin və filmlərin istehsalına dəstək verən publik hüquqi şəxs olacaq. Komissiyalar fəaliyyətini “bir pəncərə” prinsipi əsasında quracaq və müraciət edən prodüserə audiovizual əsərlərin və filmlərin istehsalında xidmətlər təqdim edəcək. Qanun layihəsində qeyd edilir ki, gənc istedadların aşkarlanması, onların yaradıcılığının inkişaf etdirilməsi məqsədilə dövlət tərəfindən tədbirlər görülür. Gənc kinematoqrafçıların bilik və bacarıqlarının, peşəkar səviyyələrinin artırılması və yaradıcılıqlarının inkişafı məqsədilə həvəsləndirmə tədbirlərinin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.Yeni qanuna əsasən Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və milli maraqlarına zərər vura biləcək filmlərin istehsalına və yayımına yol verilmir»- deyə, komitə sədri vurğulayıb.