YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fərhad Hacıyev: Müstəqillik dövründə gənclər sektorunda da böyük inkişafa nail olunub

«Müstəqil dövlətimizdə ötən 25 il ərzində digər sahələrdə olduğu kimi, gənclər sektorunda da böyük inkişafa nail olunub. Bu inkişaf Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır». Bu fikirləri Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib.

F.Hacıyev bildirib ki, Azərbaycan gəncliyi dünyanın ən xoşbəxt gəncliyindən biridir. Onun sözlərinə görə, çünki biz Ulu öndərin gənclər siyasətinin bəhrəsini görürük.

«Bu siyasətin bəhrələrindən biri də Gənclər Fondunun fəaliyyətidir. Fond indiyədək 7 min 98 layihə qəbul edib və onlardan 3341-i dəstəklənib. Bu, təxminən müraciətlərin yarısını təşkil edir. Fond fəaliyyət göstərdiyi dövrdə gənclərimizin etibarını qazanmağı bacarıb. Hər il dövlətimizin başçısı tərəfindən Gənclər Fonduna vəsait ayrılır. Bu məbləğ gənclər təşkilatlarının və gənclərin layihələrinin reallaşmasına yönəlib. Gənclər Fondu fərdi şəxslərin layihələrinin həyata keçirilməsinə bilavasitə kömək etməsi baxımından dünyada nadir qurumdur. Bu, Prezident İlham Əliyevin hər bir vətəndaşın qayğısına qalmasının bariz nümunəsidir»- deyə, F.Hacıyev qeyd edib.