YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Azərbaycan stimullaşdırıcı təşviq mexanizminin yaradılmasında dünya təcrübəsindən bəhrələnir

«Azərbaycan stimullaşdırıcı təşviq mexanizminin yaradılmasında dünya miqyasında özünü doğruldan qabaqcıl təcrübədən bəhrələnir». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, ayrı-ayrı ölkələrin təcrübəsindən aydın olur ki, daxili istehsalın genişlənməsində əsas faktorlardan biri qismində məhz ixracın məqsədyönlü şəkildə təşviq olunması və stimullaşdırılması çıxış edir. Onun sözlərinə görə, son vaxtlar ölkəmizin müvafiq qurumları tərəfindən də bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.
«Cari ildən ölkəmizdə yeni dövrün tələbinə uyğun olaraq ixracın təşviqi sisteminin işə salınması böyük əhəmiyyət daşıyır. İxracın təşviqinin hüquqi bazasının möhkəmləndirilməsini xüsusi qeyd etmək lazımdır. Məlum olduğu kimi, dövlət başçısı qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Prezident İlham Əliyevin qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Fərmanda isə yerli məhsulların ixracı ilə bağlı bir sıra mühüm məsələlərin geniş spektri öz əksini tapıb. Qeyd olunan Fərmanda 2016-2020-ci illərdə Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub»- deyə, T.Rzayev vurğulayıb.