YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüseynli: Azərbaycan Konstitusiyası dövlətin əsas qanunu olmaqla özündə ali dəyərləri ehtiva edir

«Azərbaycan Konstitusiyası dövlətin əsas qanunu olmaqla özündə ali dəyərləri ehtiva edir». Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə.Hüseynli bildirib ki, Konstitusiyanın böyük hissəsi insan hüquqlarının təminatına həsr olunub. Onun sözlərinə görə, Azərbaycanda demokratiyanın və insan hüquqlarının ən yüksək səviyyədə qorunması sahəsində mühüm addımlar atılıb.

«Ümummilli liderimiz Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfındən hazırlanmış ümumxalq müzakirəsinə çıxarılan Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də keçirilən referendumda  qəbul edilib. Müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı. Bu sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir. Konstitutsiyaya edilən dəyişikliklər isə dövlətimizin inkişafını və bu inkişafın hüquqi əsaslarının gücləndirilməsini özündə ehtiva edir»- deyə, komitə sədri vurğulayıb.