YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qeyri-neft sektoru üzrə vergi daxilolmaları 3,8 milyard manatdan çox olub

2016-cı il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər vergi inzibatçılığının sadələşdirilməsi ilə yanaşı, vergi yükünün əhəmiyyətli dərəcədə aşağı salınmasına da səbəb olub.

Cari ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə vergitutma rejimində seçim hüququ verilib, daşınmaz əmlakın satışının sadələşdirilmiş vergiyə cəlb edilməsinə başlanılıb, müxtəlif vergi növləri üzrə vergi bazasının genişləndirilməsi davam etdirilib.

Bununla yanaşı, vergi ödəyicilərinin optimal gəlirliliyini təmin etmək və investisiya mühitini daha da yaxşılaşdırmaq məqsədilə vergi yükünün azaldılması və inzibatçılığın yüngülləşdirilməsi istiqamətində mühüm addımlar atılıb, kiçik və orta sahibkarlığın stimullaşdırılması, rəqabət mühitinin təmin edilməsi sahəsində əlavə tədbirlər görülüb.

Nəticədə 2016-cı ilin üç rübü ərzində qeyri-neft sektoru üzrə vergi daxilolmaları 3,8 milyard manatdan artıq və ya proqnozdan 64,2 milyon manat çox olub.