YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in komitə sədri: İdman yarışlarının manipulyasiyasına görə cinayət məsuliyyəti nəzərdə tutulur

Milli Məclisin bugün keçirilən iclasında «Bədən tərbiyəsi və idman haqqında», eləcə də, Cinayət və Cinayət Prosessual məcəllələrinə dəyişikliklər edilməsi məsələsi müzakirəyə çıxarılıb. 

Qanun layihəsi haqqında məlumat verən parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, “Bədən tərbiyəsi və idman haqqında” qanuna təklif edilən əlavənin 40-2-ci maddəsinə görə, idman yarışlarının manipulyasiyası qadağandır.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə qeyd edib ki, idman yarışlarının manipulyasiyasına görə cinayət məsuliyyəti nəzərdə tutulur. Belə ki,  Cinayət Məcəlləsinə əlavə edilən 192-2  maddəsinə əsasən, idman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və digər şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa, dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və s. nemət, imtiyaz və ya güzəşt təklif olunması, cəhd edilməsi və ya verilməsi, 3 000 manatdan 5 000 manata qədər cərimə və ya 3 ildən 6 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

İdman yarışlarının manipulyasiyası məqsədi ilə idmançı, idman hakimi, məşqçi, sponsor və ya digər şəxs tərəfindən hər hansı hərəkətə (hərəkətsizliyə) görə onların özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə, maddi və ya sair nemətin, imtiyazın, güzəştin istənilməsi, yaxud alınması, bu barədə təklifin və ya vədin qəbul edilməsi ilə bağlı 3 000 manatdan 5 000 manata qədər cərimə, 3 ilə qədər müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə 3 ildən 6 ilə qədər azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur.

DİGƏR Xəbərlər Arxiv