YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nuşirəvan Məhərrəmli: Azərbaycan mətbuatı daha çox dövlətçilik maraqlarından çıxış edir

Hazırda Azərbaycan mətbuatı daha çox dövlətçilik maraqlarından çıxış edir. Bu fikri Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bu gün YAP-ın Mətbuat və ictimai əlaqələr komissiyasının «Heydər Əliyev və Azərbaycan mətbuatı» mövzusunda keçirdiyi dəyirmi masada çıxışı zamanı deyib.

N.Məhərrəmli bildirib ki, Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda sabitliyin bərqərar olunmasını təmin etdi. Onun sözlərinə görə, bu isə bütün sahələrdə olduğu kimi, media sahəsində də inkişafa zəmin yaratdı.

«Vaxtilə Ulu öndər Heydər Əliyev media sahəsinin maddi-texniki təminatının genişləndirilməsi üçün müvafiq tapşırıqlar vermişdi. 1990-cı illərin əvvəllərində Azərbaycanda müstəqil və yeni televiziya kanalları fəaliyyətə başladı. Artıq Azərbaycan dövləti və cəmiyyətində bu sahədə xarici asılılıq aradanq aldırıldı. Bu gün artıq media bütün fəaliyyət sahələrindən öndə gedir»- deyə, MTRŞ-ın sədri qeyd edib.

 N.Məhərrəmli deyib ki, Ulu öndər Heydər Əliyev hər zaman milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirib: «Ulu öndərdən sonra hakimiyyətə gələn Prezident İlham Əliyev də bu sahəyə diqqət və qayğısını əsirgəmir». 

DİGƏR Xəbərlər Arxiv