YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Tolerantlıq Azərbaycanın dünya xalqlarına nümunə göstəriləcək milli-mənəvi sərvətidir

Milli Məclisin deputatı Sevinc Fətəliyeva Böyük Britaniyanın Vest Sussex şəhərində Avropa Şurası Parlament Assambleyası çərçivəsində təşkil olunmuş “Uşaqların zorakılıqdan qorunması: effektiv strategiya üçün növbəti addımlar” mövzusunda tədbirdə iştirak edir.

Sevinc Fətəliyeva AŞPA-nın sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin uşaqlar üzrə baş məruzəçisi qismində tədbirə qatılıb.

Deputat noyabrın 10-da “Uşaqların radikallaşmadan və ekstremizmdən qorunması” mövzusunda keçirilən iclasda çıxış edib. O deyib ki, bu gün dini radikalizm, demək olar, dini inancından asılı olmayaraq, bütün dünyada təhdid doğurur və hazırda bütün dövlətlər tərəfindən tanınan terrorçu təşkilatların əsas mahiyyətini təşkil edir. Azərbaycanda isə xalq ənənəvi İslam dəyərlərinə əməl etdiyi üçün radikal qrupların apardığı təbliğat heç bir nəticə vermir. Cəmiyyət birmənalı şəkildə onları qəbul etmir və bu sahədə müvafiq qurumlar tərəfindən müntəzəm olaraq maarifləndirmə işləri aparılır.

Hazırda mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik dini tolerantlığın Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrildiyini vurğulayan S.Fətəliyeva bildirib ki, əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanda digər dinlərə və mədəniyyətlərə dözümlü münasibət yaşam və həyat tərzinə çevrilib. Ölkəmizdə müxtəlif millətlərin, dini konfessiyaların birgə yaşaması nadir nümunədir. Dini icmalar arasında daim möhkəm dözümlülük, qarşılıqlı anlaşma olub, milli, irqi, dini ayrı-seçkilik müşahidə edilməyib, ayrı-ayrı dinlərə etiqad bəsləyən insanlar mehriban bir ailə kimi yaşayıblar. Müasir dövrdə də ölkəmizdə bu zəngin ənənə qorunub saxlanılaraq uğurla davam etdirilir.

Milli Məclisin deputatı diqqətə çatdırıb ki, digər din və mədəniyyətlərə dözümlü münasibət, onlarla qarşılıqlı anlaşma şəraitində yaşamaq Azərbaycan xalqının tolerantlığından, multikulturalizmin dövlət siyasətinin tərkib hissəsi olmasından irəli gəlir.

S.Fətəliyeva deyib: “Tolerantlıq Azərbaycanın əvəzsiz, dünya xalqlarına nümunə göstəriləcək milli-mənəvi sərvətidir. Beynəlxalq böhran bir daha onu göstərdi ki, tolerantlıq sadəcə insanların birgə yaşam tərzini müəyyənləşdirən mədəni-psixoloji amil deyil, həmçinin cəmiyyətdə və bütün dünyada regional, hətta qlobal səviyyədə sülhün bərqərar olunması üçün mühüm vasitədir. Qloballaşmadan kənarda qalmayan ölkəmiz bu prosesdə məhz öz inkişaf yolunu, özünəməxsus dəyərlərini əsas götürərək gələcəyə doğru inamla addımlayır. Dünyada gedən proseslər onu göstərir ki, radikallaşma, ekstremizm, terrorizm, münaqişə və miqrasiya bir-birinə bağlı olan anlayışlardır. Bizim məqsədimiz bu sahədə fəaliyyətimizi birləşdirərək cəmiyyətin hər bir fərdinin sağlam mühitdə tərbiyə almasına töhfə verməkdir. Bunun müsbət həlli üçün isə hər kəs üzərinə düşən məsuliyyəti dərk etməli, bu işə məsuliyyətlə yanaşmalıdır.

 

DİGƏR Xəbərlər Arxiv