YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın Mətbuat və ictimai əlaqələr komissiyası "Heydər Əliyev və Azərbaycan mediyası" mövzusunda dəyirmi masa keçirib

Bu gün Yeni Azərbaycan Partiyasının Mətbuat və ictimai əlaqələr komissiyasının təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycan mətbuatı" mövzusunda dəyirmi masa keçirilib. Komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü Nizami Xudiyev bildirib  ki, Azərbaycanda mətbuat  XIX əsrdə yaransa da, onun tam şəkildə müstəqil dövlətçilik maraqlarına xidmət etmək funksiyası yalnız XX əsrin sonlarında reallığa çevrilib. Onun sözlərinə görə, Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzetilə Azərbaycan xalqının milli ideyasının formalaşması prosesində milli mətbuatın rolu nəzərə çarpmağa başladı.

Amma dünyanın reallığa çevrilən çağırışlarına cavab verə biləcək, Azərbaycan coğrafiyasında ictimai düşüncəni formalaşdıracaq və xalqımız haqqında həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracaq media institutu sonralar yarandı. «Ümummilli lider Heydər Əliyev, eyni zamanda cəmiyyətimizin “güzgüsü” olan, ictimai-siyasi düşüncə tərzini formalaşdıran, Azərbaycan xalqının milli kimliyini dünya xalqlarına nümayiş etdirə bilən medianın əsaslarını yaratdı. Ulu öndərin Azərbaycan mətbuatının inkişafında rolu xüsusilə özünü müstəqillik illərində göstərib. Müstəqilliyimizin ilk illərində təsadüf nəticəsində hakimiyyətə gəlmiş iqtidarın hərbi və siyasi senzurasında boğulan Azərbaycan mətbuatı yalnız Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra xilas oldu, inkişaf etdi»- deyə, Nizami Xudiyev vurğulayıb. Komissiya sədri qeyd edib ki, hazırda Prezident İlham Əliyev milli mətbuatımıza diqqət və qayğı ənənəsini layiqincə davam etdirir.

Dəyirmi masada, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun  icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, «Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Milli Məclisin deputatı Jalə Əliyeva və «525-ci qəzet»in baş redaktoru, Yazıçılar Birliyinin katibi Rəşad Məcid çıxış edərək Ümummilli lider Heydər Əliyevin mili mətbuatımızın inkişafındakı xidmətlərindən geniş bəhs ediblər. 

DİGƏR Xəbərlər Arxiv