YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda IV İslam Həmrəylik Oyunlarının Əlaqələndirmə Komissiyasının dördüncü iclası işə başlayıb

Noyabrın 8-də Bakıda IV İslam Həmrəylik Oyunlarına hazırlıq məqsədilə Əlaqələndirmə Komissiyasının dördüncü iclası işə başlayıb.

İclasda IV İslam Həmrəylik Oyunlarının icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) ikinci vitse-prezidenti Çingiz Hüseynzadə, ISSF-in baş katibi Faisal Abdulaziz Al-Nassar, federasiyasının birinci vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, polkovnik Hamad Kalkaba Malboum və digər rəsmilər iştirak edirlər.

İki gün davam edəcək iclasın birinci günündə yarışda iştirak edəcək idmançıların sayı, idman növləri, nəqliyyat, infrastruktur, könüllülərlə işin qurulması və digər mövzular müzakirə olunur.

İclasın ikinci günündə isə idmançıların iştirakı, yarışlar, marketinq, yayım, kommersiya, açılış və bağlanış mərasimlərinin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.

Əlaqələndirmə Komissiyasının üçüncü iclası IV İslam Həmrəylik Oyunlarının başlanmasına bir il qalmış – mayın 12-də Bakıda təşkil olunmuşdu.