YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oktyabrda BTC kəməri ilə 2,3 milyon tondan çox Azərbaycan nefti nəql edilib

Bu ilin oktyabr ayı ərzində Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə 2 milyon 360 min 330 ton Azərbaycan nefti nəql olunub.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, cari ilin yanvar-oktyabr aylarında isə bu kəmərlə 24 milyon 403 min 652 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il noyabr ayının 1-ə qədər BTC-yə 317 milyon 79 min 041 ton neft vurulub.

Bundan başqa, cari ilin oktyabr ayında BTC kəməri ilə 263 min 869 ton Türkmənistan nefti nəql edilib.