YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ötən ay Ceyhan limanından 2,5 milyon tonadək Azərbaycan nefti dünya bazarına çıxarılıb

Cari ilin oktyabr ayı ərzində 2 milyon 493 min 679 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarına çıxarılıb.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, bu həcmin 1 milyon 669 min 744 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) nefti təşkil edib. Cari ilin yanvar-oktyabr aylarında isə Ceyhan limanından ixrac edilən neftin həcmi 24 milyon 634 min 564 ton olub.

Ümumiyyətlə, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) istismara verilən gündən bu il noyabr ayının 1-ə qədər Ceyhan limanından 315 milyon 828 min 336 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.

 

DİGƏR Xəbərlər Arxiv