YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mikayıl Abbasov: Azərbaycanda rəqəmli televiziya yayımına keçidlə bağlı bütün texniki imkanlar yüksək səviyyədədir

«Azərbaycanda rəqəmli televiziya yayımına keçidlə bağlı bütün texniki imkanlar kifayət qədər yüksək səviyyədədir». Bu fikri Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasov deyib.

M.Abbasov bildirib ki, son illərdə ölkəmizdə dövlət qayğısı sayəsində İKT sektoru böyük inkişaf yolu keçib. Onun sözlərinə görə, respublikamızda İKT sahəsində ən son texnoloji yeniliklər tətbiq edilib, internetə, simli, simsiz, mobil texnologiyalarla çıxış imkanları yaradılıb.

«Bunun sayəsində əhalinin 75 faizi internet, onların 65 faizi isə genişzolaqlı internet istifadəçisinə çevrilib. Azərbaycanda İKT sektorunun inkişafı, həmçinin informasiya cəmiyyətinin formalaşdırılması sahəsində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya cəmiyyətinin ölçülməsi” hesabatlarında inkişaf dinamikasına görə ilk onluğa daxil olan dövlətlər sırasındadır. Dünya İqtisadi Forumunun “Qlobal informasiya texnologiyaları-2016” hesabatında Azərbaycan Respublikası “Şəbəkə hazırlığı indeksi” göstəricisinə görə 139 ölkə arasında 53-cü yerə layiq görülüb. İKT sektorunun dinamik inkişafı bu sahədə ən son yeniliklərin ölkəmizdə də tətbiqinə imkan yaradır. Rəqəmli yayım praktikası dünyada geniş yayılıb. Rəqəmli yayıma keçidlə bağlı yarana biləcək hər hansı problemi operativ şəkildə aradan qaldırmaq məqsədilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “qaynr xətt” fəaliyyət göstərir»- deyə, M.Abbasov qeyd edib.