YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu il Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə 10 mindən artıq vətəndaş müraciət edib

Bu il Azərbaycan Mərkəzi Bankı yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə 10 mindən artıq vətəndaş müraciət edib.

Bunu jurnalistlərə xidmətin rəhbəri Elçin Həbibov bildirib. Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin pulsuz əsaslarla borcluların kredit tarixi haqqında çıxarış təqdim etdiyini deyən E.Həbibov, bu xidmətin yalnız kredit təşkilatları üçün ödənişli olduğunu vurğulayıb.

Çıxarışların borcluların özlərinə verildiyini xatırladan xidmət rəhbəri, kredit reyestrinə sorğunu Mərkəzi Bankın rəsmi saytı vasitəsilə də göndərməyin mümkün olduğunu qeyd edib. Sorğu göndərən şəxsin şəxsiyyətinin təsdiqlənməsi elektron imza – “ASAN imza” vasitəsilə həyata keçirilir.

DİGƏR Xəbərlər Arxiv