YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Vyetnam arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib

Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov bu ölkənin mədəniyyət, idman və turizm naziri Nquyen Nqoc Thien ilə görüşüb.

Səfirlikdən bildiriblər ki, görüşdə Azərbaycan ilə Vyetnam arasında mədəniyyət, idman və turizm sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib. Tərəflər qeyd olunan sahələr üzrə əməkdaşlıq üçün mövcud geniş potensialın istifadəsinə yönəlmiş tədbirlər barədə fikir mübadiləsi aparıblar.