YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rüfət Aslanlı: Dünya Bankının kapital bazarlarını müasirləşdirməsi bu bazarların potensialını gücləndirib

Dünya Bankının kapital bazarlarının müasirləşdirilməsi layihəsi bu bazarların potensialının gücləndirilməsinə kömək edib.

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün Dünya Bankı və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Dünya Bankı və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi tərəfindən dəstəklənən Kapital Bazarlarının Müasirləşdirilməsi layihəsinin nəticələrinin müzakirəsi ilə bağlı keçirilən konfransda deyib.

Konfransda maliyyə bazarlarının gücləndirilməsi və ölkədə özəl sektorun inkişafı və iqtisadi şaxələndirmənin maliyyələşdirilməsi üçün kapital bazarlarının mühüm maliyyə mənbəyinə çevrilməsi üçün gələcək çağırışlar və bu istiqamətdəki fəaliyyət müzakirə edilib.

R.Aslanlı bildirib ki, KBML Azərbaycanın kapital bazarlarının müasirləşdirilməsinə təşkilati və əməliyyat dəstəyi təmin edib: "Bu layihə Azərbaycanın qiymətli kağızlar bazarının inkişafına dair dövlət proqramının icrasını dəstəkləyib, ən müasir hüquqi və əməliyyat infrastrukturunun yaradılmasına və bazarın potensialının gücləndirilməsinə mühüm töhfə verib".