YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Aztəminatlı ailələrin sosial müdafiəsi istiqamətində atılan addımlar xüsusilə təqdirəlayiqdir

«Əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi dövlət siyasətinin əsasını təşkil edir. Bu mənada aztəminatlı ailələrin sosial müdafiəsi istiqamətində atılan addımlar xüsusilə təqdirəlayiqdir.  Qeyd etdiyim yöndə atılan ən mühüm adımlardan biri sosial mənzillərin tikilməsi barədə verilən qərardır». Bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, Azərbaycanın dövlət başçısı cari ildə bilavasitə aztəminatlı ailələrin mənafeyinə yönələn belə bir yeni təşəbbüslə çıxış edib. Söhbət aztəminatlı ailələrin mənzil şəraitinin əsaslı şəkildə yaxşılaşdırılmasını nəzərdə tutan sosial mənzillərin tikintisi proqramının həyata keçirilməsindən gedir.

«Sirr deyil ki, ölkəmizdə müəyyən qədər aztəminatlı ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var. Bəzi ailələrin aylıq gəlirləri isə bazar qiymətləri ilə mənzil almaq üçün yetərli deyil. Dövlət məhz bu kimi məqamları nəzərə alaraq aztəminatlı ailələrin, o cümlədən də gənclərin mənzil şəraitinin yaxşılaşdırılmasına əməli dəstək verməyi qərara alıb. Ölkəmizdə Sosial Mənzil Fondunun formalaşdırılması tələbatı olan, amma imkanı çatmayan və aylıq əməkhaqqı mənzil almaq üçün yetərli olmayan bütün ailələrin mənzillə təmin edilməsinə imkan verəcək»- deyə, deputat qeyd edib.