YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moskvada MDB-nin 25 illiyinə həsr edilmiş Açıq Beynəlxalq Forum keçiriləcək

Noyabrın 9-10-da Moskvada “MDB-nin 25 illiyi: qarşılıqlı anlaşma, əməkdaşlıq, inkişaf” mövzusunda Açıq Beynəlxalq Forum keçiriləcək. Media-tərəfdaşlarından biri AZƏRTAC olan bu forumun təşkilatçısı Müstəqil Dövlətlər Birliyi, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq məsələləri üzrə Federal Agentlikdir (“Rossotrudniçestvo”).

Forumda birgə humanitar layihələrin səmərəsinin artırılması, elmi dairələrin, təhsil və biznes dairələrinin rolunun gücləndirilməsi, habelə MDB üzvü olan dövlətlərin çoxtərəfli humanitar əməkdaşlığı ilə əlaqədar qarşıda duran digər məsələlərin panel diskussiyaları, tematik konfranslar, dəyirmi masalar və layihə seminarları çərçivəsində müzakirə edilməsi planlaşdırılır.

Forumun işində MDB İcraiyyə Komitəsinin, MDB üzvü olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun, diplomatik xidmətlərin, federal və regional qanunvericilik və icra hakimiyyəti orqanlarının, ictimai, dini, qeyri-kommersiya və qeyri-hökumət təşkilatlarının, biznes strukturlarının nümayəndələri, mədəniyyət xadimləri və KİV təmsilçiləri iştirak edəcəklər.