YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad Rəhimov: Azərbaycan idman ölkəsi kimi dünyada böyük nüfuza sahibdir

«Azərbaycan idman ölkəsi kimi dünyada böyük nüfuza sahibdir». Bu fikri gənclər və idman naziri Azad Rəhimov deyib.

A.Rəhimov bildirib ki, son illər ölkəmizdə idman sahəsində mühüm uğurlar əldə olunub. Onun sözlərinə görə, çoxsaylı beynəlxalq idman yarışlarının keçirilməsi də bu uğurların ifadəsidir.

«Azərbaycan idman ölkəsi olaraq dopinqə qarşı mübarizə sahəsində beynəlxalq sənədlərə qoşulub. Bu sahədə milli qanunvericilik bazasının yaradılması və dopinqə qarşı mübarizə idmançıların sağlamlığının qorunması baxımından da vacibdir. Beynəlxalq aləmin dopinq sahəsindəki mübarizəsini nəzərə alaraq Azərbaycan da, bu sahədə üzərinə müəyyən öhdəliklər götürüb və bunu yerinə yetirmək istiqamətində fəaliyyət göstərir»- deyə, nazir vurğulayıb.