YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Rusiya və Azərbaycan iş adamlarının görüşləri davam edir

Bakıda keçirilən Yeddinci Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiyanın Tümen şəhərinin qubernatoru Vladimir Yakuşevin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 2-də Azərbaycanın iş adamları ilə görüşüb.

Görüşdə iqtisadiyyat naziri Şahin Mustafayev iqtisadiyyatın müxtəlif sahələrində Rusiya ilə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Rusiyanın VTB bankının prezidentinin müavini Mixail Oseyevski və digər iş adamlarının iştirak etdiyi görüşdə birgə layihələrdən danışılıb, iki ölkənin biznesinin inkişafı ilə bağlı təkliflər verilib.