YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Britaniyalı deputat “Many Happy Returns” kampaniyasına qoşulduğunu bəyan edib

Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun katibi və Mühafizəkarlar Partiyasının deputatı Bob Bləkmən “Many Happy Returns” kampaniyasını dəstəklədiyini bəyan edib.

B.Bləkmən dəfələrlə dostluq qrupunun Azərbaycana təşkil etdiyi səfərlərdə iştirak edib və ölkəmizə böyük maraq oyadıb. Ötən həftə B.Bləkmən Böyük Britaniya parlamentində “ASAN xidmət”lə bağlı “dəyirmi masa”, 2011-ci ildə isə “Azərbaycan və Cənubi Qafqaz” mövzusunda debat təşkil etmişdir. Onun təmsil etdiyi Hərou İst seçki dairəsi böyük yəhudi icmasının vətənidir və o, seçicilərlə hər görüşündə Azərbaycanda bütün dini konfessiyalara hörmətlə yanaşılmasından və Qubadakı Qırmızı Qəsəbəyə səfərlərindən danışıb. Həmçinin Azərbaycan ilə Böyük Britaniya arasında inkişaf edən ticarət əlaqələrindən, ölkədəki dini və etnik tolerantlıqdan, əldə edilən iqtisadi tərəqqidən bəhs edib. B.Bləkmən həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən və erməni işğalının qurbanı olan bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün vəziyyətini öz gözləri ilə görməsindən danışıb.

“Many Happy Returns” kampaniyasının adı ingilissayağı təbrik mesajının əsasında seçilib. Bu, eyni zamanda, öz yurd-yuvalarına qayıtmaq istəyən insanların da arzularının həyata keçməsi üçün edilən duadır. İnternet səhifəsində tanınmış alman fotoqrafı Filip Ratmer tərəfindən çəkilmiş, Azərbaycan rayonlarında yerləşən qaçqın düşərgələrindən üçündə yaşayan məcburi köçkünlərin fotoları yerləşdirilmişdir.

B.Bləkmən demişdir: “Many Happy Returns” kampaniyasına uğurlar. Bu insanlar bizim dəstəyimizə layiqdirlər”.

MHR internet səhifəsi həm də öz istifadəçilərinə Dünya Qaçqınlar Gününün dəyişilərək Dünya Qaçqın və Məcburi Köçkünlər Günü kimi qeyd edilməsi təklifini dəstəkləmək imkanı verir.