YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vladimir Çernov: Regionlararası Forum Rusiya-Azərbaycan münasibətlərinin inkişafında mühüm rol oynayır

Yeddinci Azərbaycan-Rusiya Regionlararası Forumu hər iki ölkənin münasibətlərinin inkişafında mühüm rol oynayır.

Bu fikri Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov jurnalistlərə müsahibəsində deyib.

Vladimir Çernov aktual məsələlərlə bağlı müzakirələrin aparıldığı Forumda Azərbaycan-Rusiya əlaqələrinin genişləndirilməsi istiqamətində yeni təkliflərin səsləndirildiyini diqqətə çatdırıb.

“Bizim bir-birimizi daha yaxından tanımağımız əməkdaşlıq üçün geniş imkanlar açır və ölkələrimiz arasında münasibətlər daha da möhkəmlənir”, – deyən Vladimir Çernov Forum çərçivəsində imzalanan sənədlərin əlaqələrin inkişafı baxımından önəm kəsb etdiyini vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv