YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Həmsədrlər nəticəsiz fəaliyyət göstərirlər

«Minsk qrupunun həmsədrləri regiona hər səfərlərinin nəticəsi olaraq bəyanat verirlər. Amma bu bəyanatlar əvvəlkilərin təkrarıdır. Onlar nəticəsiz fəaliyyət göstərirlər». Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Minsk qrupu  yaranan gündən ermənilərin xeyrinə nə isə etməyə çalışır. Amma buna da nail ola bilmirlər. Doğrudur, bəyanatlarında status-kvonun dəyişməsinin tərəfdarı olduqlarını, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirirlər.

«Amma sözlə əməl bir olmalıdır. Əgər  BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətnamələri, həmsədr dövlətlərin başçılarının bəyanatlarında əksini tapan məsələlər   icra olunarsa onda vəziyyət tamamilə başqa cür  olardı.   Amma həmsədrlər bütün bunlar üçün heç bir əməli iş görməyiblər. Görünən odur ki, heç nə etmək istəmirlər. Bunların işi peşəsi turist səfərləri etməkdir. Düşünürəm ki, onların məqsədi münaqişənin həllinin vaxtını  uzadıb Azərbaycanı güzəştə məcbur etmək istəyirlər.  Buna da nail ola bilmirlər. Çünki Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətlə biz irəli gedirik. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan inkişaf edir, ordumuz güclənir»- deyə, deputat qeyd edib.