YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Maykl Karpenter: ABŞ və Azərbaycan arasında təhlükəsizlik sahəsində dərin münasibətlər var

ABŞ və Azərbaycan arasında təhlükəsizlik sahəsində dərin münasibətlər var. Trend-in məlumatına görə, bunu ABŞ-ın Müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini cənab Maykl Karpenter deyib.

M.Karpenter bildirib: "Biz müdafiə naziri və müdafiə nazirinin müavini ilə çox məhsuldar görüşlər keçirdik və əməkdaşlığımızı müzakirə etdik".

Onun sözlərinə görə, iki ölkə arasında təhlükəsizlik sahəsində üzünmüddətli əməkdaşlıq var ki, bu da ölkələr arasında əməkdaşlığın vacib sahəsidir: "Biz 2002-ci ildən təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərinə 60 milyon dollar sərf etmişik".

M.Karpenter bildirib: "Azərbaycanın müstəqilliyinin 25 ili ərzində biz müxtəlif sahələrdə, o cümlədən terrorizm və kibercinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq etmişik. Əfqanıstanda sülhməramlı missiyaya göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarıq".

Onun sözlərinə görə, ABŞ Azərbaycanda uzunmüddətli sülh və sabitlikdə maraqlıdır.

 

DİGƏR Xəbərlər Arxiv